AZ

Bursada sağlıq turizmi ilə bağlı B2B görüşlər keçirilib - FOTOLAR

Bursada sağlıq turizmi ilə bağlı B2B görüşlər keçirilib - FOTOLAR

Fevralın 9-da "Travelshop Turkey" şirkətinin dəvəti ilə Türkiyədə səfərdə olan Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyasının (AHTTSA) və "Skal International Baku" klubunun üzvlərinin iştirakı ilə Bursa şəhərində B2B görüşlər keçirilib.

AFN.az xəbər verir ki, tədbir Merinos Atatürk Konqres və Mədəniyyət Mərkəzində, Bursa Böyükşəhər Bələdiyyəsinin və Bursa Kültür, Turizm və Tanıtma Birliyinin dəstəyi və təşkilatçılığı ilə reallaşıb.

Bursa şəhərindən olan səyahət agentlikləri, hotel nümayəndələri və tibbi turizm sahəsində fəaliyyət göstərən xəstəxanaların iştirakı ilə keçirilən B2B görüşlərdə tərəflər arasında qarşılıqlı əməkdaşlıq imkanları, turizm və xüsusilə sağlamlıq turizmi üzrə perspektivlər müzakirə olunub. Görüşlər zamanı Azərbaycanla Türkiyə arasında turizm əlaqələrinin daha da gücləndirilməsi, sağlamlıq və termal turizm istiqamətində yeni tərəfdaşlıqların qurulması, qarşılıqlı turist axınının artırılması ilə bağlı fikir mübadiləsi aparılıb.

İştirakçılar tədbiri yüksək qiymətləndirib, bu cür B2B platformaların regional və beynəlxalq turizm əməkdaşlıqlarının inkişafında mühüm rol oynadığını vurğulayıblar.

Seçilən
14
afn.az

1Mənbələr