AZ

Quterreş qlobal fəlakətin qarşısını necə almağı izah etdi

"Ekoloji böhran və artan bərabərsizliyin yaratdığı qlobal fəlakətin qarşısını almaq üçün ölkələr ümumi daxili məhsul (ÜDM) göstəricilərini milli rifahın yeganə göstəricisi kimi istifadə etməyi dayandırmalıdırlar".

"Yeni Sabah" xəbər verir ki, bunu BMT-nin baş katibi Antonio Quterreş "The Guardian" qəzetinə müsahibəsində bildirib.

Onun sözlərinə görə, ictimai rifahın qiymətləndirilməsi modeli insanların həqiqətən nəyi vacib hesab etdiyini nəzərə almalıdır:

"ÜDM-i artırmaqla insanlar təbiəti məhv edirlər, meşələr qırılır, balıqlar kütləvi ovlanır. Bir sözlə, ÜDM göstəriciləri dərhal qazanc və itkiləri nəzərə alır", - deyə Quterreş bildirib.

Bununla belə, BMT baş katibi yeni iqtisadi modelin nəzərə almalı olduğu göstəricilərin adını çəkməyib./Oxu.az


Telegram kanalımız
Seçilən
36
16
yenisabah.az

10Mənbələr