AZ

Hafiz Quliyev: Arif Babayev muğam sənətimizin əsas sütunlarından biri idi

Bakı, 9 fevral, Gülay Nəzərova, Vüsal Vidadioğlu, AZƏRTAC

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının “Teatrın tarixi simaları” adlı çoxməzmunlu layihəsi var. Teatr 1908-ci ildən bu günə qədər 118 illik şərəfli yol keçib və bu müddət ərzində çoxsaylı fərqlənmiş sənətkarlar yetişib. Bu sənətkarlar arasında Arif Babayev muğamımızın əsas sütunlarından biri idi.

Bunu AZƏRTAC-a açıqlamasında Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının rejissoru, Əməkdar incəsənət xadimi Hafiz Quliyev deyib.

O, bildirib ki, Arif Babayev opera səhnəsində yaratdığı obrazlarla, xanəndəliyi, səsi və üslubu ilə həm Azərbaycanda, həm də ölkə hüdudlarından kənarda tamaşaçıların böyük rəğbətini qazanıb. Əməkdar incəsənət xadiminin sözlərinə görə, Arif Babayev tələbələrinə böyük irs qoyub. Bu gün onların bir çoxu Azərbaycan muğamının ən önəmli ifaçıları və təbliğatçılarıdır.

“Arif Babayevin sənəti hər zaman maraqla qarşılanıb və bu maraq indi də davam edir. Gənclərimiz onun yaradıcılığı ilə tanış olur və gələcəkdə də bu irsdən faydalanacaqlar. Bu baxımdan, gecə məhz Arif Babayevin xatirəsinə həsr olunub və onun irsini gələcək nəsillərə çatdırmaq məqsədini daşıyır”, - deyə o qeyd edib.

Seçilən
66
2
azertag.az

3Mənbələr