Azərbaycanın Qazaxıstandakı səfiri Ağalar Atamoğlanov və Astana şəhər administrasiyasının rəhbəri (akimi) Jenis Kasımbek hər iki dövlətin paytaxtları arasında əməkdaşlığın inkişafını müzakirə ediblər. SİA-nın məlumatına görə, bu barədə məlumat Azərbaycanın Qazaxıstandakı səfirliyinin "X"dəki hesabında yayılıb. "Görüş zamanı paytaxtlar arasında əməkdaşlığın genişləndirilməsinin və mədəni-humanitar əlaqələrin inkişafının vacibliyi qeyd olunub, gələcək əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparılıb", - məlumatda deyilir.
Bundan başqa, tərəflər gələcək qarşılıqlı fəaliyyətin perspektivlərini, habelə Azərbaycan və Qazaxıstanda keçirilməsi planlaşdırılan beynəlxalq tədbirlərdə iştirakla bağlı məsələləri müzakirə ediblər.
Mətləb