AZ

Prezident İlham Əliyevdən dünyaya sülh mesajı

Yeniazerbaycan portalından alınan məlumata görə, ain.az xəbər verir.

2026-cı ilin 4 fevral tarixi dünya diplomatiyası və Cənubi Qafqazın gələcək taleyi üçün müstəsna əhəmiyyət kəsb edən bir hadisə ilə yadda qaldı. Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabi şəhərində keçirilən möhtəşəm mərasimdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə dünyanın ən nüfuzlu humanitar mükafatlarından biri — “Zayed İnsan Qardaşlığı Mükafatı” təqdim edildi. Bu mükafat təkcə bir dövlət başçısının siyasi iradəsinə verilən qiymət deyil, həm də Azərbaycanın illərdir apardığı multikulturalizm, dinc birgəyaşayış və qlobal sülh siyasətinin beynəlxalq müstəvidə ən ali təntənəsi idi. Prezident İlham Əliyev mərasimdəki geniş və proqram xarakterli çıxışında ilk növbədə mükafatın daşıdığı mənəvi yükə toxunaraq, BƏƏ-nin banisi Şeyx Zayed bin Sultan Al Nəhyanın irsinin bəşəriyyət üçün örnək olduğunu vurğuladı. Dövlət başçısı qeyd etdi ki, Şeyx Zayedin əsasını qoyduğu tolerantlıq və qardaşlıq fəlsəfəsi bu gün Azərbaycanın dövlət siyasəti ilə tam üstüşür. Azərbaycanın müxtəlif mədəniyyətlərin və dinlərin qovuşduğu təhlükəsiz bir liman olduğunu xatırladan Prezident, ölkəmizin bu modeli qlobal miqyasda təşviq etdiyini diqqətə çatdırdı. Çıxışın ən mühüm və dünya mediasının manşetinə çevrilən hissəsi isə Ermənistanla münasibətlərin tənzimlənməsi və regionda yaranmış dayanıqlı sülh mühiti ilə bağlı oldu. Prezident İlham Əliyev bəyan etdi ki, Azərbaycan 30 illik işğal faktına son qoymaqla yanaşı, regionda əbədi sülhün qurulması üçün ən cəsarətli addımları atan tərəfdir. Dövlət başçısı xüsusi olaraq vurğuladı ki, 2025-ci ilin avqustunda Vaşinqtonda əldə olunmuş yekun razılaşmaların təməli məhz Əbu-Dabidə, Şeyx Məhəmməd bin Zayed Al Nəhyanın dəstəyi ilə aparılan danışıqlarda qoyulmuşdur. Bu baxımdan, mükafatın həm Azərbaycan Prezidentinə, həm də Ermənistan Baş nazirinə eyni vaxtda təqdim edilməsi beynəlxalq birliyin sülh prosesinə verdiyi ən böyük dəstək kimi qiymətləndirildi. Prezident çıxışında müasir dünyanın üzləşdiyi nifrət ritorikası, ksenofobiya və radikalizm təhlükələrinə də toxundu. O bildirdi ki, "Zayed İnsan Qardaşlığı Mükafatı" bütün dünyaya bir mesajdır: ən uzunmüddətli münaqişələri belə siyasi iradə, qarşılıqlı hörmət və insan ləyaqətinə verilən dəyər sayəsində həll etmək mümkündür. Azərbaycanın son bir neçə ayda Ermənistanla apardığı birbaşa dialoq və iqtisadi əməkdaşlıq addımları (yük daşımalarının bərpası, enerji ixracı və s.) bu çıxışda sülhün praktik nümunələri kimi təqdim olundu.

Pərviz Məcnunov 

YAP Laçın rayon təşkilatının əməkdaşı

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
42
yeniazerbaycan.com

1Mənbələr