AZ

Sergey Lavrov ABŞ-ı ittiham etdi: məsələyə kişi kimi yanaşsaq…

İddialara görə, Rusiya, Alyaskanın Ankoric şəhərində Vladimir Putin və Donald Tramp arasında avqust ayında keçirilən sammitdə ABŞ-ın təklifləri ilə razılaşıb.

Bunu Rusiya xarici işlər naziri Sergey Lavrov beynəlxalq BRICS TV kanalına verdiyi müsahibədə bildirib. Onun sözlərinə görə, ABŞ özü həmin görüş zamanı Ukrayna ilə bağlı verdiyi təkliflərinə hazır deyil. Lavrov bildirib ki, Kiyev və ya Avropa Birliyindəki “mağarada yaşayan rusofoblar” nə desə də, Trampın mövqeyi Kreml üçün vacibdir.

Lakin o, hansı təklifə istinad etdiyini dəqiqləşdirməyib. O, sadəcə “buna kişi kimi yanaşsaq”, problemin həll edilməli olduğunu bildirib. Lakin hələlik, o, hər şeyin “tərsinə getdiyini” deyib. Lavrov ABŞ administrasiyasının nəinki Trampın sələfi Co Baydenin Rusiyaya qarşı qəbul etdiyi qanunlara etiraz etməməsindən, həm də Moskvaya qarşı yeni sanksiyalar tətbiq etməsindən və “tankerlərə qarşı müharibəni” gücləndirməsindən şikayətlənib.

O, həmçinin əlavə edib ki, Rusiya Ukraynada Rusiyanın təhlükəsizlik maraqlarını təhdid edən heç bir silahın yerləşdirilməsinə icazə verməyəcək.

//Samir Qurbanov, Editor.az

Seçilən
41
editor.az

1Mənbələr