AZ

Tramvayda gedişhaqqı bu qədər olacaq AÇIQLAMA

Demokrat.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

“Mehdiabad qəsəbəsindən “28 May” metro stansiyasına tramvay xəttinin açılması layihəsi şəhərdə sərnişin nəqliyyatının inkişafı baxımından önəmli addımdır. Tramvayların tətbiqi həm şəhərdaxili nəqliyyatın sıxlığını azalda, həm də sərnişinlər üçün rahat və müasir alternativ təqdim edə bilər”.Demokrat.az xəbər verir ki,  bunu nəqliyyat üzrə ekspert Elgiz Mehdiyev Medialoq.az-a açıqlamasında bildirib. O deyib ki, ən çox maraq doğuran məsələlərdən biri isə gedişhaqqın məbləğidir:“Hazırda Bakı metrosunda gedişhaqq 60 qəpik, avtobuslarda isə 60-80 qəpik təşkil edir. Tramvayın gedişhaqqı məsələsində bir neçə amil nəzərə alınmalıdır: xəttin uzunluğu, sərnişin tutumu, istismar xərcləri və texnologiyanın növü. Adətən tramvay xətləri şəhər mərkəzi ilə ətraf qəsəbələr arasında qısa məsafələrdə fəaliyyət göstərir. Bu baxımdan, sərnişinlər üçün əlçatan və münasib qiymət seçilməsi vacibdir. Həddindən artıq yüksək qiymət sərnişin axınına mənfi təsir göstərə bilər, nəticədə xəttin iqtisadi dayanıqlığı da zəifləyər. Digər tərəfdən, çox aşağı qiymət isə tramvayın istismar xərclərini ödəməyə kifayət etməyə bilər”. Ekspertin fikrincə, tramvayda gedişhaqq metro və avtobuslarla yaxın səviyyədə, yəni 60-70 qəpik arasında müəyyənləşdirilməsi real görünür:“Bu həm sərnişinlərin ödəmə qabiliyyətini nəzərə alır, həm də xəttin davamlı fəaliyyətini təmin edir. Gələcəkdə sərnişin sayı artdıqca və xətt tam iş rejiminə keçdikdə, gedişhaqqda müəyyən adaptiv dəyişikliklər edilə bilər. Güzəştli kateqoriyalar üçün, məsələn tələbələr, yaşlılar və əlillər üçün xüsusi tariflərin tətbiqi də gözlənilən addımlardandır. Tramvay xətləri şəhər nəqliyyatının effektivliyini artırmaqla bərabər, sərnişinlərin rahat və təhlükəsiz daşınmasını təmin edəcək”.Demokrat.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
17
demokrat.az

1Mənbələr