AZ

"Ronaldoya qədər o liqa haqqında heç kim eşitməmişdi, indi isə ona hörmətsizlik edirlər"

“Real”ın sabiq yarımmüdafiəçisi Toni Kroos hesab edir ki, Səudiyyə Ərəbistanında Kriştiano Ronaldoya kifayət qədər hörmət göstərilmir.

Sporta.az xəbər verir ki, bundan əvvəl portuqaliyalı futbolçu Səudiyyə Ərəbistanı çempionatında “Əl-Riyad” və “Əl-İttihad”a qarşı oyunları buraxmışdı. Bildirilirdi ki, Ronaldo Səudiyyə Ərəbistanının Suveren İnvestisiya Fondunun (PIF) “Əl-Nəsr”i rəqiblərlə müqayisədə necə idarə etməsindən narazıdır və klubun çempionluq uğrunda mübarizəsinə mane olunduğunu düşünür. Etirazın digər səbəbi isə klubun bəzi əməkdaşlarının maaşlarının gecikdirilməsi idi.

Bu gün məlum olub ki, “Əl-Nəsr” maaş borclarını ödədikdən sonra Ronaldo tətili dayandıracaq. Gözlənilir ki, o, şənbə günü “Əl-Fateh”lə matçda meydana qayıdacaq.

“Səudiyyə Ərəbistanı çempionatı qəribə bir fenomendir. Kriştiano Ronaldonun gəlişinə qədər bu liqa haqqında heç kim eşitməmişdi, indi isə onları dünya futbol xəritəsinə salan adama hörmətsizlik edirlər.

Əminəm ki, əgər Kriştiano sabah gedərsə, bu liqa bütün cəlbediciliyini itirəcək”, – deyə Kroos "Einfach mal Luppen" podkastında bildirib.

saytlarin hazirlanmasi

Seçilən
77
1
sportal.az

2Mənbələr