AZ

Apple daha ucuz MacBook təqdim etməyə hazırlaşır

ain.az, Baku.ws portalına istinadən məlumat verir.

Apple bu il daha sərfəli qiymətə yeni MacBook modelini təqdim edə bilər.

BAKU.WS xarici KİV-ə istinadən xəbər verir ki, şirkət qiyməti aşağı saxlamaq üçün bəzi texniki kompromislərə gedəcək.

Bildirilir ki, yeni MacBook cəmi 8 GB operativ yaddaşla təchiz oluna bilər. Bu qərar qlobal yaddaş çatışmazlığı ilə əlaqələndirilir. Noutbukda iPhone 16 Pro-da istifadə edilən A18 Pro prosessorunun, həmçinin 12,9 düymlük ekranın yer alacağı gözlənilir. Apple cihazı sarı, çəhrayı və digər parlaq rənglərdə təqdim edə bilər.

Yeni modelin qiymətinin 699–799 dollar aralığında olacağı ehtimal edilir ki, bu da onu bazardakı ən ucuz MacBook edəcək. Hazırda MacBook Air-in başlanğıc qiyməti 899 dollardır.

Digər xüsusiyyətlər arasında yalnız standart USB portların olması, Thunderbolt dəstəyinin olmaması, daha sadə korpus dizaynı və klaviatura işıqlandırmasının olmaması qeyd edilir. Rəsmi təqdimatın yaxın aylarda baş tutacağı gözlənilir.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
20
1
baku.ws

2Mənbələr