Avtosfer saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
Paytaxtda skuter istifadəçilərinin qaydalara riayət etməməsi bir sıra problemlərə səbəb olur. Bu dəfə də skuterçinin hərəkəti velosiped istifadəçisinin təəccübünə səbəb olub.
Avtosfer.az xəbər verir ki, Bakının Yasamal rayonu Abbas Mirzə Şərifzadə küçəsində skuter istifadəçisinin pozduğu qayda velosipedçini şoka salıb. Belə ki, skuterdən istifadə etdikdən sonra onu dayanacağa itəlməyən istifadəçi nəqliyyat vasitəsini avtobus zolağının kənarındaca qoyub gedib.
Halbuki skuter və velosipedlər üçün avtobus dayanacağının yaxınlığında, elə tərk edilən skuterin yanında parklama məntəqəsi var. Bu cür gözdən qaçan qayda pozuntuları başqa nəqliyyat vasitələrinin hərəkətinə maneə yaradır. Velosipedçi yaydığı videoda skuter istifadəçilərini daha diqqətli olmağa çağırıb.
Səfər
Oxunub 52
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.