AZ

Avropada təyyarə quşla toqquşduqdan sonra havaya qalxdığı hava limanına geri qayıtdı

EasyJet aviaşirkətinə məxsus təyyarə quşla toqquşma səbəbindən Amsterdam Hava Limanına geri dönməyə məcbur olub.

Editor.az The Sun qəzetinə istinadən xəbər verir ki, hadisə 8 fevral tarixində baş verib. Təyyarə Londona doğru hərəkət edirmiş, lakin havaya qalxdıqdan təxminən 20 dəqiqə sonra geri qayıdıb. Sərnişinlər güclü silkələnmə hiss etdiklərini bildiriblər. Daha sonra ekipaj bir martının təyyarənin ön şüşəsinə çırpıldığını açıqlayıb.

Təyyarədə olan şəxslər baş verənləri “kabus” kimi qiymətləndiriblər və ehtiyat təyyarə üçün yarım gün gözləmək məcburiyyətində qaldıqlarından narazılıq ediblər. EasyJet isə Amsterdamda qalan sərnişinləri aparmaq üçün Londradan əlavə uçuş təşkil edib.

//Gülnarə Abasova, Editor.az

Seçilən
49
editor.az

1Mənbələr