AZ

Vens İrəvanda Xaçatryanla da görüşdü

Axar.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Ermənistan Prezidenti Vaaqn Xaçatryan Ermənistana rəsmi səfərə gələn ABŞ vitse-prezidenti C.D.Venslə görüşüb.

Axar.az xəbər verir ki, bu barədə Ermənistan Prezident Administrasiyası məlumat yayıb.

Xaçatryan Vensin səfərini alqışlayıb və bunun Ermənistanla ABŞ arasında ikitərəfli münasibətlərin yüksək səviyyəsini əks etdirdiyini vurğulayıb.

Görüş zamanı Xaçatryan ABŞ Prezidenti Donald Trampın mühüm rol oynadığı regionda sülhün möhkəmləndirilməsinin vacibliyini vurğulayıb.

Görüşdə həmçinin yüksək səviyyəli qarşılıqlı səfərlərin əməkdaşlığın genişlənməsinə və ikitərəfli əlaqələrin daha da möhkəmləndirilməsinə töhfə verdiyi vurğulanıb.

Qeyd edək ki, Vens Ermənistanda Baş nazir Paşinyanla görüşüb və mətbuata birgə bəyanatla çıxış ediblər.

ABŞ vitse-prezidentinin Bakıya sabah gələcəyi gözlənilir.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
68
axar.az

1Mənbələr