“Real Madrid” növbəti mövsüm üçün heyət planlamasına start verib və orta sahəni gücləndirmək üçün əsas hədəf kimi “PSJ”nin yarımmüdafiəçisi Vitinyanı müəyyənləşdirib.

Offsideplus.az xəbər verir ki, alternativ variant kimi isə “AZ Alkmaar”ın gənc futbolçusu Kees Smit nəzərdən keçirilir.

Məlumata görə, Vitinya liderlik keyfiyyətlərinə görə Madrid klubunda yüksək qiymətləndirilir. Lakin portuqaliyalı futbolçunun PSJ ilə müqaviləsi 2029-cu ilə qədər davam edir və hazırda Paris klubunda özünü rahat hiss edir. Bu səbəbdən transferin reallaşması çətin görünür.

19 yaşlı Kees Smit isə potensial və daha əlçatan transfer variantı kimi dəyərləndirilir.

Bundan başqa, “Real Madrid” rəhbərliyi Endriki icarədən geri qaytarmağı və “Komo”da icarədə olan Niko Pazı yenidən heyətə qatmağı planlaşdırır. Klub gənc futbolçular üzərində qurulan yeni layihə ilə növbəti mövsüm üçün daha güclü və balanslı heyət formalaşdırmaq istəyir.