Azərbaycanlı kikboksçu Bəhram Rəcəbzadə peşəkar karyerasında növbəti döyüşünə çıxacaq.
İdman.Biz bildirir ki, Rəcəbzadə “Glory 107” gecəsində kəmər döyüşünə çıxacaq.
Bəhramın rəqibi Tarik Xbabez onunla revanş döyüşünə çıxmaqdan imtina edib. Bu səbəbdən kəmər əlindən alınıb.
Rəcəbzadə isə kəmər uğrunda Surinam-Niderland əsilli Donovan Visse ilə qarşılaşacaq. “Glory 107” aprelin 25-cə olacaq.
Qeyd edək ki, Rəcəbzadə ilə Xbabez arasında keçirilən ilk qarşılaşma qərarla nəticələnmişdi.