Bakı. Trend:
Azərbaycanın sədrliyi ilə UNESCO-nun mənzil-qərargahında G-77 vəÇin Qrupunun 2026-cı il üzrə ilk plenar iclası keçirilib. Tədbirdəəsas qonaq məruzəçi qismində UNESCO-nun Baş direktoru XalidƏl-Ənani iştirak edib.
Trend xəbər verirki, plenar iclasın açılışında Azərbaycanın UNESCO yanında daiminümayəndəsi, səfir Elman Abdullayev çıxış edərək, göstərilənetimada görə qrup üzvlərinə təşəkkürünü bildirib. O, Azərbaycanınsədrliyi dövründə Qlobal Cənub ölkələrinin maraqlarının UNESCO-nungündəliyində yüksək səviyyədə saxlanılacağını, Qrupun fəaliyyətininzənginləşdiriləcəyini və üzv dövlətlər arasında koordinasiyanıngücləndiriləcəyini vurğulayıb. Daimi nümayəndə beynəlxalq vəregional çağırışlar fonunda çoxtərəfli sisteminmöhkəmləndirilməsinin, BMT sistemi çərçivəsində həmrəyliyin vəəməkdaşlığın vacibliyini qeyd edib, G-77 və Çin Qrupunun təhsil,elm, mədəniyyət, kommunikasiya və informasiya sahələrində, habeləAfrika prioriteti, inkişaf etməkdə olan kiçik ada dövlətləri vəgənclər kimi istiqamətlərdə mühüm platforma olduğunu qeyd edib.
Azərbaycanın sədrliyi ilə keçiririlən tədbirdə UNESCO-nun Başdirektoru Xalid Əl-Ənani çıxış edərək, UNESCO-nun 80 illiyiçərçivəsində irəli sürülmüş təşəbbüsün multilateralizm, həmrəylikvə təşkilatın əsas mandatı olan sülh, təhsil, elm, mədəniyyət vəkommunikasiya sahələrində fəaliyyətin gücləndirilməsinə xidmətetdiyini bildirib. O, islahat prosesində üzv dövlətlərlə inklüzivvə şəffaf məsləhətləşmələrin aparılmasının əhəmiyyətinivurğulayıb.
Plenar iclas çərçivəsində yeni təyin olunan daimi nümayəndələrtəbrik olunub, gündəlik qəbul edilib, UNESCO 80 təşəbbüsü və eləcədə, Qrupun fəaliyyəti ətrafında müzakirələr aparılıb.
Azərbaycanın G-77 və Çin Qrupuna sədrliyi ölkəmizin beynəlxalqtəşkilatlar, xüsusilə UNESCO çərçivəsində artan rolunu, qlobaldialoqa və həmrəyliyə verdiyi töhfəni bir daha nümayiş etdirir.