AZ

Elektromobil bazarına ağır zərbə Gizli həqiqətlər üzə çıxır

Demokrat.az saytından alınan məlumata görə, ain.az bildirir.

Elektrik mühərrikli avtomobillərə tələbat gün keçdikcə daha da artır. İmkanı olan hər kəs bu maşınlardan əldə etmək istəyir. Çünki bu avtomobillər daha az xərc tələb etməklə yanaşı, həm də komfortludur. Amma bir məsələ var ki, elektrik avtomobillər haqqında müəyyən xoşagəlməz iddialar da var. Guya elektrik avtomobillərinin akkumlyatorları radiasiya ötürür. Ona görə də bu avtomobillərdən daha çox istifadə edənlərin səhhətində ciddi narahatlıqlar yaranır.Nəqliyyat eksperti Yasin Mustafayev məsələ ilə bağlı Demokrat.az-a açıqlamasında bildirib ki, ənənəvi avtomobil istehsalçıları tərəfindən çox geniş əks-təbliğat aparılır:“Məqsəd ondan ibarətdir ki, insanlar elektrik avtomobillərinin yaratdığı rahatlığı hiss etməsinlər və bu rahatlığa alışmasınlar. Halbuki bütün bunlar cəfəngiyyatdır. Belə iddiaların heç bir real əsası yoxdur.Elektrik enerjili avtomobillərin radiasiya yaratması ilə bağlı deyilənlər tamamilə yanlışdır. Bu avtomobillərin sağlamlığa heç bir zərəri yoxdur. İlk nümunəni elə öz təcrübəmdən göstərə bilərəm ki, artıq 3-4 ildir elektrik avtomobili istifadə edirəm və bu müddət ərzində heç bir narahatlıq yaşamamışam. Dünya praktikasında da elektrik avtomobillərinin hansısa xəstəliklərə səbəb olması ilə bağlı etibarlı statistika mövcud deyil. Bir vaxtlar bu avtomobillərin partlaması ilə bağlı iddialar səsləndirilirdi, lakin sonradan məlum oldu ki, ənənəvi yanacaqla işləyən avtomobillər elektrik avtomobilləri ilə müqayisədə daha çox partlayış riski daşıyır. Elektrik enerjili avtomobillərin radiasiya yaratması iddiası məntiqsizdir. Belə bir hal yoxdur və bu avtomobilləri tam rahatlıqla sürmək mümkündür”,- deyə ekspert fikrini yekunlaşdırıb.

Şəxsi təcrübəsini bölüşən ekspert, illərdir bu texnikadan istifadə etdiyini və heç bir neqativ halla qarşılaşmadığını qeyd edib. Belə çıxır ki, radiasiya qorxusu elmi faktdan çox, rəqabət meydanında atılan bir "feyk" məlumatdır. Müasir elektromobillərdəki batareya blokları elə izolyasiya olunub ki, onların hansısa şüalanma verməsi texniki cəhətdən mümkün deyil. Yəni, sürücülər uydurma iddialara deyil, faktlara güvənməli, bu texnoloji rahatlıqdan çəkinmədən yararlanmalıdırlar.Leyla Turan

Demokrat.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
51
demokrat.az

1Mənbələr