İan ABŞ ilə toqquşmaya başlamayacaq və qabaqlayıcı zərbə endirməyəcək. Lakin Vaşinqtonla birbaşa toqquşma baş verərsə, İslam Respublikası tərəfindən bu, sağ qalmaq müharibəsi kimi təsnif ediləcək.
Newscenter.az TASS-a istinadən bildirir ki, bu fikri Tehran Universitetinin professoru Məhəmməd Marandi Valday Beynəlxalq Müzakirə Klubunun 15-ci Yaxın Şərq Konfransında bildirib.
Ekspert hesab edir ki, İran hücumun 100% qaçılmaz olduğunu hiss etmədikcə, qabaqlayıcı zərbə endirəcəyinə inanmır:
"Amma hər halda, İran heç bir işğala başlamayacaq. ABŞ və İran arasında döyüş İran üçün ekzistensial müharibə olacaq. ABŞ üçün bu, seçim müharibəsi olacaq".
O əlavə edib ki, belə bir müharibə total olacaq və 12 günlük müharibədən kəskin fərqlənəcək.
Anar