AZ

Ən ucuz Ferrari Toyota Camry qiymətinə satıldı...

ain.az, Sia Az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

İşlək vəziyyətdə olan nadir superkar cəmi 37.000 dollara satıldı…

...1975-ci il istehsalı olan Ferrari Dino 308 ABŞ-da hərracda satılıb. İşlək vəziyyətdə olan nisbətən nadir superkar cəmi 37.000 dollar ödənilib.

SİA-nın məlumatına görə, bu Dino 308 GT4 kupesi bu gün bazarda ən ucuz Ferrari-dir.

Vintaj avtomobil Cars and Bids hərrac saytında nümayiş olunub.

Ferrari Dino 308 GT4-ün yeni Toyota Camry və ya RAV4 ilə müqayisə edilə bilən aşağı qiyməti bir neçə amillə izah olunur.

Birincisi, modelin özü olduqca ucuzdur - yaxşı vəziyyətdə olan nümunələri 60.000 dollara tapmaq olar.

İkincisi, Ferrari superkarı işləsə də və ümumiyyətlə yaxşı vəziyyətdə olsa da, əvvəllər mühərrik bölməsində baş verən kiçik yanğından sonra bərpa və təmirə ehtiyacı var.

Daxili hissəsi zədələnib, elektrik şüşələri və Pioneer radiosu işləmir.

Lakin kondisioner işlək vəziyyətdədir.

Mühərrik problemsiz işə düşür, lakin karbüratorları nasazdır və işə salındıqda işlənmiş qaz sistemindən güclü tüstü çıxır. Ferrari Dino 308 GT4 avtomobilinin odometrdə 109.200 kilometr (65.000 mil) məsafə qət etdiyi bildirilir.

Dino 308 GT4, Enzo Ferrari-nin oğlu Dino-nun adını daşıyan daha əlverişli Ferrari modelləri seriyasının bir hissəsidir.

Bu kupelərdən yalnız 2826-sı 1973-cü ildən 1980-ci ilə qədər istehsal olunub.

Ferrari Dino 308 GT4, Lamborghini Countach-ın yaradıcısı Marçello Qandini tərəfindən dizayn edilib.

Dörd nəfərlik, orta mühərrikli avtomobil 3,0 litrlik, 240 at gücündə V8 mühərriki ilə təchiz olunub və 0-dan 100 km/saat-a (62 mil/saat) 7 saniyəyə sürətlənə və 220 km/saat (137 mil/saat) maksimal sürətə çata bilir.

Nazlı Almuradova

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
22
1
sia.az

2Mənbələr