AZ

“Üzərində işlədiyimiz layihələrdən biri "Tramp Marşrutu" vasitəsilə ötürücü xəttlərin çəkilməsidir” - Prezident

“Üzərində işlədiyimiz layihələrdən biri də Azərbaycandan Avropaya Qara dəniz vasitəsilə kabel xəttinin, həmçinin Prezident Trampın irəli sürdüyü və onun adını daşıyan, Azərbaycanla Ermənistan arasında sülhə nail olunduqdan sonra reallaşması mümkün olan TRIPP layihəsi - Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu vasitəsilə ötürücü xətlərin, mövcud olanlardan əlavə, yeni ötürücü xətlərin çəkilməsidir”.

Bizim.Media xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev fevralın 9-da ABŞ Ticarət Palatasının beynəlxalq üzvlərlə əlaqələr, Yaxın Şərq və Türkiyə üzrə baş vitse-prezidenti Kuş Çoksinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən bildirib.

Dövlətimizin başçısı qeyd edib ki, 2 giqavat enerji artıq mövcuddur və imzalanmış müqavilələrə əsasən - anlaşma memorandumlarına deyil, müqavilələrə əsasən, 2032-ci ilə qədər biz əlavə 7-8 giqavat Günəş və külək enerjisinə sahib olacağıq:

“Qeyd etdiyim kimi, bütün bunlar artan iqtisadiyyat, inkişaf edən sənaye, xüsusilə bizim qlobal süni intellekt qovşaqlarından və məlumat mərkəzlərindən biri olmaq hədəfimiz şəraitində daxili istehlak üçün əlçatan olacaq. Üstəlik, bu, etibarlı elektrik və qaz təchizatı mənbələri çatışmazlığından və ya olmamasından əziyyət çəkən daha çox ölkələrə kömək edəcək”.

Bizim.Media

Seçilən
16
7
bizim.media

8Mənbələr