AZ

Kurban Berdıyev: "Kəpəz"lə matçda baş verənlərə görə azarkeşlərdən üzr istəyirəm"

"Turan Tovuz"un baş məşqçisi Kurban Berdıyev 4 gün əvvəl Azərbaycan Kubokunun 1/4 final mərhələsinin "Kəpəz"lə oyununda baş verənlərə görə üzr istəyib.

"Far.Az"un məlumatına görə, bu barədə Tovuz təmsilçisinin çalışdırıcısının özü mətbuat konfransında danışıb.

Mütəxəssis sözügedən məsələ ilə bağlı və Misli Premyer Liqasının XIX turunda "Karvan-Yevlax"a 1:0 hesabı ilə qalib gəldikləri oyunla bağlı fikirlərini bölüşüb:

"İlk öncə kubok oyununda baş verənlərə görə azarkeşlərdən üzr istəyirəm. Emosional və yolverilməz hərəkət idi. Oyuna gəldikdə, birinci hissədə çoxlu qol imkanlarımız oldu. İkinci qolu vurub oyunu bir qədər asanlaşdırmaq istəyirdik. Təəssüf ki, ikinci qolu vura bilmədik və sonluq bir qədər əsəbi alındı".

Seçilən
61
2
far.az

3Mənbələr