AZ

Prezident: Üzərində işlədiyimiz layihələrdən biri "Tramp Marşrutu" vasitəsilə ötürücü xəttlərin çəkilməsidir

Azərbaycandan Qara dəniz vasitəsilə Avropaya kabel xətti çəkiləcək.

“İki sahil” xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev fevralın 9-da ABŞ Ticarət Palatasının beynəlxalq üzvlərlə əlaqələr, Yaxın Şərq və Türkiyə üzrə baş vitse-prezidenti Kuş Çoksinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən bildirib.

Azərbaycan etibarlı elektrik və qaz təchizatı mənbələri çatışmazlığından və ya olmamasından əziyyət çəkən daha çox ölkələrə kömək edəcək:

"Üzərində işlədiyimiz layihələrdən biri də Azərbaycandan Avropaya Qara dəniz vasitəsilə kabel xəttinin, həmçinin Prezident Trampın irəli sürdüyü və onun adını daşıyan, Azərbaycanla Ermənistan arasında sülhə nail olunduqdan sonra reallaşması mümkün olan TRIPP layihəsi - "Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu" vasitəsilə ötürücü xətlərin, mövcud olanlardan əlavə, yeni ötürücü xəttlərin çəkilməsidir".

Seçilən
11
7
ikisahil.az

8Mənbələr