AZ

Yaponiyada nadir TƏBİƏT HADİSƏSİ: Səmada nəhəng meteor YANDI – VİDEO

Yaponiya üzərində nadir təbiət hadisəsi baş verib.

İnterpress.az xəbər verir ki, bu barədə Yaponiya mətbuatı məlumat yayıb.

Yaponiya səmasında “tarixin ən parlaq topu” kimi qiymətləndirilən nəhəng alov topu müşahidə edilib.

Bu nadir təbiət hadisəsi ölkənin Kanto regionunda, o cümlədən Tokio, Kanaqava, Saitama və ətraf ərazilərdə aydın şəkildə qeydə alınıb.

Məlumata görə, parlaq alov topunun uçuşunu astronom Kaqaya real vaxt rejimində kameraya çəkməyi bacarıb.

Sosial şəbəkələrdə paylaşılan bu görüntülər böyük marağa səbəb olub. Videonun şərh bölməsində bir çox istifadəçi bunun indiyədək gördükləri ən parlaq meteor olduğunu vurğulayıblar.

Mütəxəssislər bildirirlər ki, kosmik obyekt atmosferin sıx qatlarına daxil olarkən tamamilə yanıb.

Hadisə nəticəsində yerə hər hansı bir qəlpənin düşmədiyi və sakinlər üçün təhlükə yaranmadığı qeyd olunur.

 

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
49
interpress.az

1Mənbələr