AZ

Vens: TRIPP beynəlxalq ticarət, tranzit və enerji axınları üçün yeni bir dünya açacaq » AzadMedia.az

Vens:

ABŞ-ın vitse-prezidenti Cey Di Vens fevralın 9-da İrəvanda Ermənistanın baş naziri Nikol Paşinyanla birgə bəyanat zamanı bildirib ki, TRIPP proqramı region üçün köklü dəyişikliklərə yol açacaq.

“TRIPP proqramı bu regionda radikal transformasiya yaradacaq. Deyərdim ki, beynəlxalq ticarət, tranzit və enerji axınları baxımından burada tamamilə yeni bir dünya açılacaq”, – deyə Vens vurğulayıb.

Onun sözlərinə görə, proqram Ermənistanla qonşu ölkələr arasında misli görünməmiş əlaqəliliyi təmin edəcək. Vens qeyd edib ki, bu, təkcə Ermənistan xalqının rifahı üçün deyil, eyni zamanda sülh prosesinə də mühüm töhfə verəcək.

“Enerji sektorunu, iqtisadiyyatı və digər sahələri birləşdirəndə bu, sülhü təşviq edir. Biz sadəcə sülh əldə etmək istəmirik – biz sülh qurmaq istəyirik və bu qurulmuş sülhün uzunmüddətli olmasını hədəfləyirik”, – deyə ABŞ vitse-prezidenti bildirib.
Cey Di Vens əlavə edib ki, TRIPP fondu regionda qarşılıqlı əlaqələrin yaradılması məqsədilə əhəmiyyətli həcmdə özəl kapital axınını nəzərdə tutur.

Xatırladaq ki, ABŞ-ın vitse-prezidenti Cey Di Vens fevralın 9-da həyat yoldaşı Uşa Venslə birlikdə rəsmi səfərlə Ermənistana gəlib. Zvartnots hava limanında Amerika nümayəndə heyətini Ermənistan Milli Assambleyasının sədri Alen Simonyan, İrəvanın meri Tiqran Avinyan, xarici işlər nazirinin müavini Vahan Kostanyan və Ermənistanın ABŞ-dakı səfiri Narek Mkrtçyan qarşılayıb.

Amerika nümayəndə heyətinin tərkibinə həmçinin ABŞ Dövlət Departamentinin iqtisadi məsələlər üzrə nazir müavini müavini Ceykob Helberq də daxildir. O, Ermənistana çatdıqdan sonra sosial şəbəkədə paylaşım edərək yazıb: “Növbəti dayanacaq — İrəvan, Ermənistan.”

Seçilən
38
1
azadmedia.az

2Mənbələr