AZ

"Bu görüş onların necə də mehriban olduğunu nümayiş etdirir" - İlham Əliyev

"Keçən ilin avqust ayında Vaşinqtonda mənim Prezident Trampla görüşümdən qaynaqlanan ABŞ-Azərbaycan münasibətlərinin fəal inkişaf etdiyi bu mərhələdə əməkdaşlıq etdiyimiz sahələrin diapazonunu genişləndirəcəyimiz də təbiidir".

"Unikal" xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev fevralın 9-da ABŞ Ticarət Palatasının beynəlxalq üzvlərlə əlaqələr, Yaxın Şərq və Türkiyə üzrə baş vitse-prezidenti Kuş Çoksinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən bildirib.

"Keçən ilin avqust ayında biz Prezident Trampla Azərbaycan və ABŞ arasında Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması üzrə sənədi imzaladıq və burada xüsusi bəndlər var. O vaxtdan bəri mən ticarət, iqtisadiyyat, investisiyalar, enerji, süni intellekt, müdafiə sənayesində əməkdaşlıq və digər sahələri müzakirə etmək üçün Vaşinqtona hökuməti təmsil edən dörd nümayəndə heyətini göndərdim. Hökumət rəsmiləri arasında çoxsaylı təmaslar olmuşdur və mənim Prezident Trampla sonuncu görüşüm keçən ay Davosda oldu, baxmayaraq ki, onun qrafiki çox sıx idi və o, çox qısa müddətlik orada idi. Onun Azərbaycan Prezidenti ilə görüşməsi bir daha bizə və bütün regiona bu münasibətlərin bizim üçün necə də önəmli və onların necə də mehriban olduğunu nümayiş etdirir", - deyə dövlət başçısı bildirib. 

Seçilən
75
50
unikal.az

10Mənbələr