AZ

Rəqsanə həbsdə yazdığı kitabı təqdim edəcək

Müğənni Rəqsanə İsmayılovanın həbsxanada olduğu günlərdə yazdığı kitab işıq üzü görəcək. 

Musavat.com xəbər verir ki, sənətçi bu haqda sosial media hesabında yazıb. O bildirib ki, kitabın adı  "Müəllimə və bənzərsiz" olacaq.
Qeyd edək ki, ev dustaqlığına buraxılan Rəqsanə İsmayılova həbsdə olduğu müddətdə oxuduğu kitablardan danışaraq 3 ayda 300 kitab oxuduğunu iddia etmişdi:
"Quranı, Tövratı, Bibliyanı oxudum. Bu müddət ərzində 300-ə yaxın kitab bitirdim. İndiyə kimi çox böyük səhvlər etmişəm".
Müğənninin açıqlaması müzakirələrə səbəb olub. Bildirilib ki, bu iddia günə 3-4 kitab oxuyub bitirmək anlamına gəlir ki, bu da fiziki baxımdan mümkünsüzdür.

Seçilən
12
4
yenilik.az

5Mənbələr