AZ

FTX-nin Bakıya uçarkən həbs etdiyi azərbaycanlı kimdir? – VİDEO

Rusiya Federal Təhlükəsizlik Xidməti saxtakarlıqda ittiham olunan Surqut (Xantı-Mansi Muxtar Dairəsi) şəhərinin tikinti üzrə keçmiş mer müavini Vitali Şarov və Əmlak Münasibətləri Departamentinin direktoru Aleksey Dvornikova qarşı cinayət işində iştirak edən yerli iş adamı Vüqar Yusifovu ölkəni tərk etməyə cəhd edərkən həbs edib.

Bu barədə hüquq-mühafizə orqanlarındakı mənbə ura.ru-ya bildirib. Mənbə deyib ki, Vüqar Yusifov əlində Azərbaycana biletlə Moskvada saxlanılıb. “Yusifov Surqutdan ayrılıb Azərbaycana uçmağı planlaşdırırdı. O, artıq təhlükəsizlik qüvvələrinin onu gözlədiyi Moskvaya uçub. Mediada yayılan həbs videosunda isə artıq onun Surquta gətirildiyi məlum olur”, – deyə mənbə bildirib.

Müstəntiqlərin sözlərinə görə, 2023-cü ildə təqsirləndirilən şəxslər bələdiyyə əmlakını “Hava Rabitəsi Agentliyi” ASC-yə satmaq üçün saxta hərrac təşkil ediblər. Azərbaycanlı fərdi sahibkarın nəzarətində olan bir firma təklif verən kimi təqdim edilib. Ehtimal ki, saxtaklarlıqla aktiv Yusifovun nəzarətinə keçirilib. Potensial rəqibləri hərracdan uzaqlaşdıran şəxslər azərbaycanlın “qələbəsini” təmin ediblər. Müstəntiqlərin fikrincə, agentliyin səhmləri daha sonra endirimli qiymətə satılıb. Ümumilikdə Surqut büdcəsi bu fırıldaqadan 120 milyon rubl itirib. Agentliyin özəlləşdirilməsi qərarı şəhər şurası vasitəsilə qəbul edilib və keçmiş mer Andrey Filatov satışı şura üzvlərinə onun rentabelli olmadığı ilə əsaslandırıb.

Azərbaycanlı sahibkara qarşı Rusiya Cinayət Məcəlləsinin 159-cu maddəsinin 4-cü hissəsi (külli miqdarda dələduzluq) ilə ittiham irəli sürülüb. Müstəntiqlərin tələbi və məhkəmənin qərarı ilə bütün təqsirləndirilən şəxslər həbs edilib. Cinayət işləri birləşdirilib və istintaq davam edir.

Musavat.com

Seçilən
71
editor.az

1Mənbələr