AZ

"Real"ın əfsanəsi futbola geri qayıtmaq istəyir

“Real Madrid”in keçmiş futbolçusu Serxio Ramos futbola qayıda bilər. Metbuat.az xəbər verir ki, Meksika təmsilçisi "Monterrey" klubundan ayrılandan sonra oynamayan futbolçunun yenidən meydana qayıtmaqda maraqlı olduğu iddia edilir. Veteran müdafiəçi özünü “Marsel” klubuna təklif edib. Bildirilir ki, “Marsel” hazırda Liqa 1-də lider PSJ-dən doqquz xal geridə qalaraq üçüncü yerdədir. Məlumata görə, klubun məşqçisi Roberto De Zerbi Serxio Ramosu transfer etməkdə maraqlı deyil.

Qeyd edək ki, Serxio Ramosun həmçinin “Sevilya” klubunun səhmlərini almaqda maraqlı olduğu irəli sürülür. Ramos və onun tərəfdaşları klubun sahiblərindən olmaq üçün 400 milyon avro təklif etdiyi iddia edilir.

Seçilən
23
1
metbuat.az

2Mənbələr