AZ

“The New York Times”: Kuba hökumətinin saylı günləri qalır..?

...Bu ilin sonuna qədər?

SİA xəbər verir ki, “The New York Times” qəzetinin məlumatına görə, ABŞ prezidenti Donald Tramp administrasiyasının hərəkətləri səbəbindən Kubanın kommunist hökuməti 2026-cı ildə süquta uğraya bilər.

...Cənubi Floridadakı kubalı mühacir icmasının üzvləri Tramp administrasiyasının rəsmilərinin onlara Kuba hökumətinin günlərinin sayılı olduğuna zəmanət verdiyini söyləyirlər.

Məqalədə deyilir bu...

Kubanın mühacir lideri Marsel Felipenin sözlərinə görə, ABŞ hökuməti “Kubanın 2026-cı ilin sonuna qədər azad olmasına qərar verib”.

O, bu açıqlamanı ABŞ diplomatları ilə görüşdən sonra verib və əlavə edib ki, fəaliyyət planı "artıq həyata keçirilib".

“The New York Times”-nin məlumatına görə, ABŞ-ın yeni sanksiyalarından sonra Kuba Meksikadan neft tədarükünü itirib və Venesuela diktatoru Nikolas Maduronun həbsi Havananı başqa bir enerji mənbəyindən ayırıb.

29 yanvarda Tramp Kubanın yaratdığı təhlükə səbəbindən ABŞ-da milli təhlükəsizlik fövqəladə vəziyyəti elan edib. Buna cavab olaraq, Kuba hakimiyyəti də ertəsi gün adada fövqəladə vəziyyət elan etmək qərarına gəlib və bunu Vaşinqtondan gələn “həddindən artıq təhlükə səbəbindən” tədbir kimi təsvir edib.

Əli Babayev

Seçilən
61
1
sia.az

2Mənbələr