ain.az, Avtosfer portalına istinadən məlumat verir.
Bir çox hallarda səkilərin avtomobil idarəçiləri tərəfindən özəlləşdirilməsi o ərazidən keçənlər üçün adi hala çevrilir. Bu baxımdan da vətəndaşlar belə qayda pozuntularının son məqamda nələrə səbəb olduğunu düşünmürlər. unudurlar ki, səkidə saxlanılan avtomobil piyadanın yola düşüb irəliləməsi, mümkün qəza, ölüm halı deməkdir. Bu vəziyyət hər kəsin, onun övladının, yaxının arxadan gələn avtomobil tərəfindən vurulmasına gətirib çıxara bilər.
Avtosfer.az xəbər verir ki, analoji hal Binəqədi rayonu Biləcəri qəsəbəsində də tez-tez yaşanır. Qəsəbənin Rəşid İsmayılov küçəsində 99-MV-437 nömrə nişanlı “Chery” markalı avtomobilin idarəçisi maşını sanki öz həyətində saxlayıbmış kimi səkidəcə qoyub gedib. Ərazidən tez-tez istifadə edən piyadalar bu vəziyyətin hər gün təkrarlandığını sosial şəbəkədə qeyd ediblər. Foto isə fevralın 8-I axşam saatlarında çəkilib.
Qeyd edək ki, bu cür qayda pozan sürücülər İnzibati Xətalar Məcəlləsinin 346.9-cu maddəsinə əsasən 2 cərimə balı və 60 manat məbləğində cərimə edilə bilərlər.
Səfər

Oxunub 88
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.