AZ

Pezeşkianın dediklərini səmimi qəbul edə bilərik ŞƏRH

Sherg.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

"Həqiqətən də İran Prezidenti bir dəfə də olsun, nə Azərbaycanın, nə qardaş Türkiyənin əleyhinə danışmayıb, heç eyham belə vurmayıb"

İran Prezidenti Məsud Pezeşkian yerli mediada qonşu dövlətlərin təhqir və ya aşağılanmasının düzgün olmadığını deyib.

M.Pezeşkian “Bu ölkələrin prezidentləri və rəsmiləri İranla əməkdaşlıq, əlaqə qurmaq, gərginliyi azaltmaq və regionda müharibənin qarşısını almaq üçün dialoq və danışıqlar yolu ilə problemlərin həlli istiqamətində təşəbbüslər göstəriblər. Onlara münasibətdə həssaslıq göstərmək lazımdır”, – deyə bildirib. 

Siyasi şərhçi Azər Həsrət “Sherg.az”a açıqlamasında bildirdi ki, İran prezidentinin fikirlərində səmimi olduğunu düşünür: 

- Məsud Pezeşkian İran İslam respublikasının prezidenti seçildikdən sonra da dəfələrlə qeyd etmişəm ki, o, bilikli, elmli adamdır, elmin gücünə inanır, dindar olsa da dövlətin dinlə deyil, ağılla idarə edilməsinə inanan birisidir. Azərbaycan Respublikasının, eləcə də İranın digər qonşularının yerini, rolunu uyğun qiymətləndirməyi bacarır. O baxımdan düşünürəm ki onun dediklərini səmimi qəbul edə bilərik. Həqiqətən də M.Pezeşkian bir dəfə də olsun, nə Azərbaycanın, nə qardaş Türkiyənin əleyhinə danışmayıb, heç eyham belə vurmayıb. Daim diqqətini, hörmətini biruzə verib, bu da mollaları ciddi şəkildə narahat edib və etməkdədir. Görünür, Pezeşkian bu fikirləri səsləndirməklə əslinə qalanda mollalara, ali dini rəhbərliyə mesaj ötütür ki, Azərbaycana qarşı bu cür hücumlardan əl çəkməyin vaxtı çatıb. Həqiqətən də İranı idarə edənlərin az da olsa ağlı yerində olsa Azərbaycana münasibətdə bu cür çirkin iftiralara yol verməzlər. Halbuki Azərbaycan münasibətlərində həqiqətən də səmimidir. İran tərəfi 1 addım atanda biz 2 addım atırıq. Münasibətlri qoryub saxlamağa çalışırıq. Amma həmişə görmüşük ki, Azərbaycan nə qədər yumşaq siyasət sərgiləsə də, güzəştə getsədə, İranda bir və ya bir neçə nəfər tapılıb ki ortaya atılıb münasibətləri korlayıblar və təəssüflə qeyd edirəm ki onların bu hərəkətinə ali dini rəhbər ya reaksiya verməyib, ya da təşviq edib. Bu da o deməkdir ki, ali dini rəhbərlik Azərbaycanla münasibətlərin normallaşmasında maraqlı deyil. Bu baxlmdan dəyərləndirsək bizdə günah yoxdur, İranın başına nə gələcəksə günahkar özləri olacaq. Pezeşkianın da bu baxımdan fikirlərini dilə gətirir və mən onun səmumiyyətinə şübhə etmirəm. 

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
28
sherg.az

1Mənbələr