AZ

62 yaşlı türk müğənni özünü körpə göbəyi ilə CAVANLAŞDIRDI FOTOlar

Milli.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Mə.hur türkiyəli müğənni Yonca Evcimikdən yenə çox danışılacaq bir açıqlama gəlib.

Milli.Az-ın Türkiyə mediasına istinadən məlumatına görə, illərə meydan oxuyan enerjisi, fit görünüşü və bitməyən şənliyi ilə tez-tez "Necə bu qədər gənc qalır?" suallarının hədəfində olan Evcimik, qatıldığı bir söhbət zamanı adeta ağzından söz qaçırıb. Məşhur sənətçi gənc görünüşünün sirri ilə bağlı üstüörtülü açıqlaması ilə maqazin gündəmini bir anda hərəkətə gətirib.

Səmimi davranışları ilə diqqət çəkən Yonca Evcimik gözəllik rutinlərindən danışarkən sözə "Artıq texnologiya çox inkişaf edib, əvvəlki kimi deyil" deyə başlayıb. Ardınca cümlə arasında işlətdiyi "körpənin göbək ciyəsi" ifadəsi nə studiyadakıların, nə də izləyicilərin diqqətindən qaçıb. Qısa bir anlıq duruxan Evcimik'in mimikaları dediklərinin fərqinə vardığını açıq şəkildə göstərib. Amma artıq gec idi... Həmin anlar sosial şəbəkələrdə sürətlə yayılarkən, "Yonca Evcimik gəncliyinin sirrini açıqladı?" sualı pərdəarxasında dolaşmağa başlayıb.

Uzun müddətdir estetik əməliyyat etdirmədiyini, təbiilikdən yana olduğunu deyən Evcimikin bu açıqlaması pərəstişkarlarını iki yerə bölüb. Bir qisim "Nə edirsə etsin, çox yaraşır, illərə meydan oxuyur" deyərkən, digər qisim məşhur adın bu qədər açıq danışmasına təəccübünü gizlədə bilməyib. Xüsusilə son dövrlər məşhurlar arasında tez-tez müzakirə olunan gəncləşmə tətbiqlərinin gündəmdə olması bu açıqlamanı daha da diqqətçəkən edib.

Yonca Evcimik tərəfindən mövzu ilə bağlı konkret açıqlama verilməsə də, yaxın çevrəsinin "Yonca hər zaman yeniliklərə açıq biridir, amma bunu şişirdildiyi kimi düşünmək lazım deyil" dediyi bildirilir. Digər tərəfdən, Evcimikin qüsursuz dərisi, enerjili duruşu və səhnədəki dinamizmi bu iddiaları daha da gücləndirir. Sosial şəbəkələrdə yazılan şərhlərdə isə "Demək ki, sirri bu imiş", "40 yox, 25 kimi", "Zaman ona təsir etmir" kimi ifadələr diqqət çəkir.

Maqazin dünyasında bomba effekti yaradan bu açıqlama Yonca Evcimikin adını bir daha manşetlərə çıxarıb. İstər ağzından qaçmış masum bir ifadə olsun, istərsə də şüurlu bir eyham... Dəqiq olan bir şey var ki, Evcimik yenə gündəmi sarsıtmağı bacarıb.

Qeyd edək ki, müğənninin dəyişən görünüşü sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Bu prosedur son illər dünyada bir çox məşhurlar arasında populyarlıq qazanıb və bədənin yenilənməsinə müsbət təsir göstərir.

Milli.Az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
33
1
news.milli.az

2Mənbələr