AZ

“Qalatasaray”ın yetirməsi “Zirə”də

“Zirə” heyətini yeni futbolçu ilə gücləndirib.

Klubdan “İki sahil”ə verilən məlumata görə, paytaxt təmsilçisi Eren Aydını transfer edib. Türkiyəli hücumçu ilə cari mövsümün sonuna qədər müqavilə imzalanıb.

Qeyd edək ki, “Qalatasaray”ın yetirməsi olan 21 yaşlı oyunçu daha əvvəl ölkəsinin “Niğde Anadolu”, “Sarıyer”, “Çorum”, “Boluspor” və Ukraynanın “Veres” klublarında çıxış edib.

 

Seçilən
28
11
ikisahil.az

10Mənbələr