AZ

Dərnəgül metrosunun qarşısı sahibsiz itlərlə doludur, tədbir görülmür SOS

ain.az bildirir, Sherg.az portalına istinadən.

Heç bir qurum bu problemi həll etmək istəmir. Sahibsiz itlər hər gün çoxalır. Küçələrdə sürü ilə dolaşırlar

Dərnəgül metrosunun qarşısındakı parkda sahibsiz itlər dolaşır. Bununla bağlı oxucumuz ”Şərq” redaksiyasına müraciət edib. Vətəndaş bildirib ki, Binəqədi Rayon Məhkəməsinin yaxınlığında çalışdığı və sahibsiz itlərlə hər gün qarşılaşdığını deyib: - Metrodan çıxanlar parkda sahibsiz itlərin dolaşdığını görür. Ərazidə yaşayanlar bildirir ki, itlər bir nəfərə hücum edib, dişləyib. Həmin şəxs xəstəxanaya aparılıb. Sahbsiz itləri toplayacaq, uyğun bir yerə aparıb peyvəndləyəcək, vaksinasiya edib əhalinin təhlükəsizliyi baxımından zərərsizləşdirəcək bir qurum yoxdurmu? Nəyi gözləyirlər? Gözləyirlər ki, insanlara hücum etsinlər, insanlar quduzluq xəstəliyinə tutulsun, sonra tədbir görsünlər. Heç bir qurum bu problemi həll etmək istəmir. Sahibsiz itlər hər gün çoxalır. Küçələrdə sürü ilə dolaşırlar. İnsanlar ehtyat edir, uşaqlar, yaşlı insanlar var. Biz demirik, itlər tələf edilsin, öldürülsün. Onlar peyvəndlənməli, qulaqlarına birka vurulmalıdır ki insanlar arxayın olsun, qorxmasınlar, təşviş keçirməsinlər. Amma itlər peyvənd olunmayınca təhlükə qalacaq.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
53
sherg.az

1Mənbələr