ain.az, Xalqcebhesi saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
MAQATE-nin (Beynəlxalq Atom Enerjisi Agentliyi) müfəttişləri 12 günlük müharibə zamanı zərər görməyən İranın nüvə obyektlərini ziyarət etməyə və onların monitorinqini həyata keçirməyə davam edirlər.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə İranın vitse-prezidenti və İslam Respublikasının Atom Enerjisi Təşkilatının (İAET) rəhbəri Məhəmməd Eslami məlumat verib.
“Hücuma məruz qalmayan mərkəzlərə gəlincə, müfəttişlər Ali Milli Təhlükəsizlik Şurasının icazəsi ilə davamlı əməkdaşlıq çərçivəsində həmin obyektləri ziyarət ediblər. Müharibədən sonra da zərər görməyən mərkəzlərdə yoxlamalar aparılıb. Bu günlərdə isə onlar bəzi digər mərkəzləri də ziyarət edirlər”, — deyə Tasnim agentliyi Eslaminin sözlərini sitat gətirib.
Məryəm Quliyeva
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.