AZ

Pezeşkiandan SON DƏQİQƏ açıqlaması – “İran yeni nüvə danışıqlarını…”

İran prezidenti Məsud Pezeşkian bildirib ki, Tehran “bərabərhüquqlu və qarşılıqlı faydalı” danışıqlara açıqdır və yeni nüvə danışıqları raundunu ədalətli nizamlanma üçün şans kimi qiymətləndirir.

NOCOMMENT.az xəbər verir ki, onun sözlərinə görə, bu yalnız bütün tərəflərin həddindən artıq tələblərdən çəkinəcəyi halda mümkün ola bilər.

Pezeşkian qeyd edib ki, İran əsas məqsəd kimi ölkənin hüquqlarının qorunmasına dair təminatların verilməsini və ədalətsiz sanksiyaların ləğvini görür. O vurğulayıb ki, Tehran regional və qlobal problemlərin həllində qarşılıqlı əlaqə və dialoqu yeganə çıxış yolu hesab edir.

Prezident əlavə edib ki, qonşu ölkələrin dəstəklədiyi danışıqlar hər iki tərəfin öhdəliklərinə sadiq qalması şərti ilə məsələlərin məntiqli və konstruktiv şəkildə həllinə imkan yaradır.

Pezeşkianın bu açıqlamaları İranın nüvə gündəliyi ətrafında diplomatik fəallığın artdığı bir dövrə təsadüf edir və rəsmi Tehranın danışıqlara açıq mövqeyini bir daha nümayiş etdirir.

Sara

Seçilən
24
nocomment.az

1Mənbələr