AZ

KİV: NATO yaxın günlərdə “Arktik Keşikçi“ missiyasına başlamağı planlaşdırır

Moderator.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

NATO yaxın günlərdə Qrenlandiyada "Arctic Sentry" ("Arktik Keşikçi") əməliyyatına başlamağı planlaşdırır.

Moderator.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi mənbələrə istinadən məlumat yayıb.

Bildirilib ki, missiyanın başlanması barədə qərar bu həftə alyansın müdafiə nazirlərinin Brüsseldəki görüşü zamanı qəbul edilə bilər. Agentliyin məlumatına görə, bu addım alyansın regiondakı rolunu gücləndirmək və ABŞ Prezidenti Donald Trampla avropalı müttəfiqlər arasında Qrenlandiya məsələsi ilə bağlı gərginliyi azaltmaq üçün atılıb.

Xatırladaq ki, fevralın 3-də NATO-nun Avropadakı Birləşmiş Silahlı Qüvvələrinin komandanlığı "Arctic Sentry" əməliyyatına hazırlığa başlayıb. Missiya ideyası ilk dəfə ilin əvvəlində yaranıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
26
2
moderator.az

3Mənbələr