AZ

6 arvad, 7 uşaq -

Türk musiqisinin əfsanəsi İbrahim Tatlısəsin şəxsi həyatı həmişə cəmiyyətin maraq dairəsində olub. Metbuat.az Türkiyədə olduğu qədər Azərbaycanda da tanınan və sevilən sənətçinin şəxsi həyatı ilə bağlı araşdırma aparıb. Beləliklə, məlum olub ki, Tatlısəs 3 dəfə rəsmi qaydada nikaha girib. Onun ilk xanımı Türkiyədə daha çox Sara kimi tanınan Adalet Durakdır. Cütlüyün bu nikahdan üç övladı dünyaya gəlib: Ahmet Salim, Gülşen Sara və Gülden Ferrah. İbrahim Tatlısəs 1979-cu ildə aktrisa Perihan Savaşla evlənib. Bu evlilikdən qızı Melek Zübeyde doğulub. Ayşegül Yıldız sənətçinin üçüncü arvadıdır. Cütlük 2011-ci ildə xəstəxanada evlənib, Elif Ada adlı qızları var. 2013-cü ildə onların münasibətinə birdəfəlik son qoyulub. Rəsmi nikaha girməsə də, Tatlısəsin başq əlaqələri də olub. Onun Derya Tuna ilə münasibətindən oğlu İbrahim “İdo” Tatlıses dünyaya gəlib. Müğənninin vətəndaş nikahında yaşadığı xanımlardan biri də Işıl Çıtakdır. Onların sevgilisindən qızları Dilan Çıtak doğulub. Qeyd edək ki, İbrahim Tatlısəs hazırda özündən 43 yaş kiçik sevgilisi Gülçin Karakaya ilə birlikdədir. Hətta onların evləndiyini iddia edənlər də var.

Səbinə Hüseynzadə / Metbuat.az

Seçilən
29
1
metbuat.az

2Mənbələr