AZ

Azərbaycanın mexanik sertifikatı əldə edən ilk qadın dənizçisi: Güclü olmaq və özünə inanmaq vacibdir

Azertag saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Bakı, 9 fevral, AZƏRTAC

Dövlət Dəniz və Liman Agentliyində Azərbaycan Bayrağı altında üzən gəmilərdə motorçu vəzifəsində çalışan İradə Astanova ilə görüş keçirilib.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən AZƏRTAC-a bildirilib ki, o, fevralın 5-də Agentlikdə növbətçi mexanik ixtisası üzrə təşkil edilən imtahanda 97 bal toplayaraq ölkəmizdə komandir heyətinə daxil olmaq hüququ qazanan ilk qadın dənizçi kimi tarixə düşüb.

Görüş iştirakçıları İradə Astanovanı göstərdiyi yüksək nəticəyə görə təbrik edib, ona gələcək fəaliyyətində yüksək nailiyyətlər arzulayıblar. Qadının çətin və məsuliyyətli dənizçi peşəsinə üstünlük verməsi yüksək qiymətləndirilib.

İradə Astanova dənizçi peşəsini öz istəyi ilə seçdiyini qeyd edib. Vurğulayıb ki, gəmidə işləmək insanı həm fiziki, həm də psixoloji cəhətdən sınağa çəkir. Bu sahədə çalışmaq üçün güclü olmaq və özünə inanmaq vacibdir.

Sonda dənizçiyə növbətçi mexanik ixtisası üzrə əldə etdiyi sertifikat təqdim olunub.

Məlumat üçün bildirək ki, İradə Astanova Azərbaycan Dövlət Dəniz Akademiyasının məzunudur. O, “Gəmi energetik qurğularının istismarı mühəndisliyi” ixtisası üzrə təhsil alıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
27
5
azertag.az

6Mənbələr