AZ

“Əbədiyaşar Səməd Vurğun 120” adlı kompozisiya təqdim olunub

Azertag saytına istinadən ain.az xəbər verir.

Bakı, 9 fevral, AZƏRTAC

Bakıdakı 8 nömrəli tam orta məktəbdə Xalq şairi Səməd Vurğunun 120 illik yubileyinə həsr edilmiş “Səməd Vurğun-120” adlı ədəbi-bədii kompozisiya təqdim olunub.

AZƏRTAC xəbər verir ki, əvvəlcə şairin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycanın Dövlət Himni səsləndirilib.

Tədbirdə məktəbin direktoru Aytən Baxşıyeva, direktor müavini Safura İbrahimli, şair-publisist Zərəngiz Dəmirçi Qayalı, M.S.Ordubadinin ev-muzeyinin direktoru Rasimə Əhmədova, məktəbin kitabxana müdiri Nigar Əliyeva, müəllimlər Arzu Qulamova, Ceyran Quliyeva və başqaları şairin bütün varlığı ilə xalqına bağlı bir sənətkar olduğunu söyləyiblər. Bildirilib ki, Səməd Vurğun həm də böyük ictimai xadim, akademik, dünyaşöhrətli bir şəxsiyyət idi. O, yaxşı bilirdi ki, insana qüvvət, cəsarət verən, onu ilhamlandıran Vətən eşqi, xalqa məhəbbətidir. Vurğulanıb ki, dünyada az-az sənətkarlar yaşadığı zamanda Səməd Vurğun qədər sevilib, ümumxalq məhəbbəti qazanıb.

Kompozisiya çərçivəsində şagirdlərin ifasında şairin öz şeirləri və Z.D.Qayalının Səməd Vurğuna həsr etdiyi “Şairin ölümü” poemasından parçalar səsləndirilib. Eyni zamanda, yuxarı sinif şagirdlərinin ifasında sənətkarın ölməz əsəri “Vaqif” dramından səhnəcik təqdim olunub.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
39
azertag.az

1Mənbələr