Avtosfer saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
Paytaxtın Binəqədi rayonunda qəza şəraitinə səbəb olan piyada avtomobilin videoregistratoruna düşüb.
Avtosfer.az-ın məlumatına görə, hadisə bir müddət əvvəl günorta saatlarında qeydə alınıb.
Kadrlardan görünür ki, dayanmış avtomobilin arxasından qəfil yola çıxan qadın həm özünü, həm də ərazidən keçən sürücünü risk altında qoyub. Marketdən çıxan piyada yol vəziyyətini yoxlamadan hərəkət edib və nəticədə təhlükəli vəziyyət yaranıb.
Qeyd edək ki, piyadalar heç bir halda avtomobilin ön və arxa hissəsindən yol keçməməli, piyada keçidlərindən istifadə etməli və nəqliyyat vasitələrinin dayandığına əmin olduqdan sonra hərəkət etməlidirlər.
Nərmin
Oxunub 516
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.