AZ

Çin də artıq İsrailə qırmızı xətlər çəkir Yaşar Onay

Sherg.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Əvvəllər sanksiyaya məruz qalan ölkələrin qaçacaq bir ünvanı vardı. İndi həmin sahə də daralır

Çinin bu addımı qlobal iqtisadiyyatın “siyasətdən ayrı” sahə olmadığını açıq şəkildə göstərir

Qlobal iqtisadi və geosiyasi mənzərə sürətlə dəyişir. Uzun illər Çin iqtisadiyyatı “neytral liman” rolu oynayaraq xarici sərmayəyə açıq qaldıöı halda, ABŞ və Qərbin tətbiq etdiyi sanksiyalarla üzləşən ölkələr üçün alternativ məkan təqdim edirdi. Lakin son qərarlar göstərir ki, Çin artıq sadəcə mənfəətə yönələn, siyasətdən kənar aktor olmaqdan çıxır. Ölkənin İsrailə qoyulan sərmayə qadağası bunun bariz nümunəsidir. Bu, qlobal ticarət və sərmayənin artıq yalnız iqtisadi maraqlarla deyil, geosiyasi hesablamalarla da formalaşdığını ortaya qoyur. Bu vəziyyət, dünya iqtisadiyyatının neytral və bloklardan asılı olmayan bir sahə olma statusunun sona çatdığını göstərir.

Siyasi Elmlər və Beynəlxalq Münasibətlər üzrə türk ekspert, Kent Universitetinin professoru Yaşar Onay Sherg.az-a açıqlamasında məsələnin İsraillə məhdudlaşmadığını deyib:

"Bu qərar təkcə İsraillə bağlı deyil. Əsas məsələ odur ki, Çin artıq “mən tərəfsizəm” mövqeyindən yavaş-yavaş çıxır. Uzun müddət biz belə bir tabloya alışmışdıq: ABŞ və Qərb sanksiyalar tətbiq edirdi, xaricdə qalan ölkələr isə yönlərini Çinə çevirirdilər. Çin isə qapıları bağlamır, iqtisadi sahəni açıq saxlayırdı. Lakin indi vəziyyət dəyişir. Çin də ABŞ kimi, sərmayə və texnologiya vasitəsilə siyasi mövqe alan bir aktora çevrilir. Bu, “qlobal ticarətin etibarlı limanı” rolundan şüurlu şəkildə uzaqlaşmaq deməkdir".

Professor vurğulayıb ki, kritik məqam artıq Çinin mənfəətlə yanaşı geosiyasi xərcləri də hesablamasıdır: 

"İsrailə qoyulan sərmayə qadağası “mən hər şəraitdə kapital qoyaram” dövrünün sona çatdığını göstərir. Çin də artıq qırmızı xətlər çəkir.

Bu, eyni zamanda daha böyük bir dəyişikliyin hissəsidir. Qlobal sistem iki blok deyil, parçalanmış bloklara bölünür. Əvvəllər sanksiyaya məruz qalan ölkələrin qaçacaq bir ünvanı vardı. İndi həmin sahə də daralır. Çinin bu addımı qlobal iqtisadiyyatın “siyasətdən ayrı” sahə olmadığını açıq şəkildə göstərir.

Bu qərar İsraildən daha çox dünyanın hansı istiqamətə getdiyini ortaya qoyur. İqtisadiyyat artıq neytral deyil. Sərmayə və ticarət açıq şəkildə siyasi bir alətə çevrilib".

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
39
sherg.az

1Mənbələr