AZ

STM nələri dəyişdi? 7 ilin HESABATI

Modern.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Bu gün Sosial Tədqiqatlar Mərkəzinin 7 yaşı tamam olur. Əsas missiyası Azərbaycanda sosial proseslərin sistemli təhlili, ictimai rəyin öyrənilməsi və dövlətin strateji qərarlarının elmi əsaslarla dəstəklənməsi olan Mərkəz tərəfndən 2019-2026-cı illər ərzində ölkənin 14 iqtisadi rayonunu və 153.200 respondenti əhatə edən 171 sosioloji sorğu (o cümlədən 161 yerli, 10 beynəlxalq) layihəsi həyata keçirilmişdir. Eyni zamanda keyfyyət əsaslı tədqiqatlara 600-ə yaxın respondent cəlb edilib. 7 il ərzində Mərkəz əməkdaşları tərəfndən 160-dan çox analitik hesabat, 900-dən çox arayış, təhlil və təklif sənədi hazırlanmışdır. Fəaliyyəti dövründə STM tərəfndən 14 kitab layihəsi həyata keçirilmiş, yerli və xarici elmi jurnallarda 200-dən çox məqalə, media resurslarında 1000-dən çox təhlil və ekspert yazıları dərc edilib. STM bir sıra nüfuzlu beynəlxalq və regional təşkilatlarla əməkdaşlıq əlaqələri qurmuş və bu əlaqələri institusional tərəfdaşlıq səviyyəsinə yüksəltmişdir. Bu tərəfdaşlıqlar sırasında Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığı (UNHCR), BMT-nin İnkişaf Proqramı (UNDP), BMT-nin Əhali Fondu (UNFPA), BMT-nin Qadınlar üzrə Agentliyi (UN Women), Avropa Şurası, Avropa İttifaqı Nümayəndəliyi, Dünya Bankı, BP Azərbaycan xüsusi yer tutur.

STM əməkdaşları həm yerli, həm də beynəlxalq platformalarda çıxışlar edir, televiziya, radio və yazılı media orqanlarına müsahibələr verir və sosial, iqtisadi, siyasi sahələrdə analitik şərhlər təqdim edirlər. Hesabat dövründə STM əməkdaşları mediada 15000-dən çox çıxış, müsahibə və analitik şərh həyata keçirmişdir. Mərkəzin əməkdaşları həm öz tədqiqat nəticələrini, həm də milli və regional kontekstlə bağlı ekspert analizlərini təqdim edərək sosial və dövlət siyasətinin elmi əsaslarla formalaşmasına dəstək olublar.

Mərkəzin efr layihələri arasında “Real Tədqiqat” (Real TV), “Deportasiyaya uğrayan irsin izi ilə” (Qərbi Azərbaycan TV), “Arxa plan” (Füyuzat TV), “Siyasi baxış” (İki Sahil TV) və “Təhsilsiz” (Azedu portalı ilə birgə) kimi proqramlar xüsusi önəm daşıyır.

Xarici ekspertlərin iştirakı ilə hazırlanmış ingilis dilində “Global Bridges – Qlobal Körpülər” layihəsi də mərkəzin beynəlxalq kommunikasiya potensialını nümayiş etdirir. Bu proqramlar vasitəsilə ictimaiyyətlə interaktiv ünsiyyət, elmi mövzuların populyarlaşdırılması və ekspert təhlilinin geniş yayılması təmin edilir.

STM-in rəsmi internet platforması olan stm.az saytında 7 il ərzində 2250-dən çox material yerləşdirilib ki, bu da platformanın həm elmi, həm də informasiya-analitik baxımdan zənginliyini nümayiş etdirir.

Sosial media platformaları vasitəsilə mərkəz tədqiqat nəticələrini, ictimai rəy sorğularını və analitik hesabatlarını geniş auditoriyaya çatdırmaqla yanaşı, interaktiv müzakirələr üçün imkanlar da yaradır. Mərkəzin Facebook səhifəsində 2500-dən çox paylaşım həyata keçirilib. Instagram səhifəsində vizual və informasiya yönümlü paylaşımlar üzrə 1860-dan çox material təqdim olunub. X səhifəsində aktual xəbərlər, analitik şərhlər və qlobal tematik müzakirələr çərçivəsində 1960-dan çox paylaşım edilib.

Modern.az-a açıqlamasında Milli Məclisin İnsan hüquqları komitəsinin sədr müavini Arzuxan Əlizadə bildirib ki, 7 il ərzində STM sosial elmlər, eləcə də bir sıra digər sahələr üzrə tədqiqatlar aparmaqla aparıcı beyin mərkəzlərindən biri kimi çıxış edib:

"Bu dövr ərzində çoxşaxəli fəaliyyəti ilə diqqət mərkəzində olub. Mərkəz tərəfindən bir çox yeniliklərə də imza atıb. Bu dövr ərzində ictimai rəy sorğularının həyata keçirilməsi, hesabatlar, bir sıra dövlət orqanları və ictimaiyyət üçün davamlı ola biləcək mənbə formalaşdırıb. Və fəaliyyəti dövründə də həm dövlət, həm də cəmiyyətdə etimad qazanaraq, bütövlükdə  mövcud proseslərin gələcək istiqamətlərinin öyrənilməsi baxımından da mərkəz xüsusi rol oynayıb. Bu dövr ərzində əsas missiya proseslərin sistemli təhlili, ictimai rəyin öyrənilməsi, eyni zamanda dövlətin verdiyi və verə biləcəyi qərarların elmi əsaslarının dəstəklənməsi olub. Bu baxımdan STM həm mərkəzi dövlət orqanları, həm də cəmiyyət arasında qarşılıqlı münasibətlərin gücləndirilməsi, sosial dialoqun təşviqi baxımından da əhəmiyyətli rol oynayıb. Bu 7 il ərzində mühüm layihələr həyata keçirilib. Həm yerli, həm də beynəlxalq təşkilatlarla əməkdaşlıq baxımından da ciddi işlər görülüb. Mərkəz içiləri həm yerli, həm beynəlxalq tədbirlərdə iştirak etməklə, eyni zamanda özlərinin bir sıra həyata keçirdikləri tədbirləri ilə diqqət mərkəzində olublar. İstər vətəndaş cəmiyyətləri, istər dövlət orqanları, istərsə də, müxtəlif sferalarda fəaliyyətini koordinasiya etməklə, mərkəz sorğuların həyata keçirilməsi, ictimai rəyin öyrənilməsi baxımdan ciddi uğurlar əldə edib. STM-in analitik informasiyalarından dövlət qurumlar, ictimai birliklər və digər platformalarda fəaliyyət göstərən qurumlar faydalanıblar. Müxtəlif kitablar, analitik bülletenlər cəmiyyətə təqdim olunub".

A.Əlizadə fikirlərini belə davam etdirib:

"Qürurvericidir ki, STM-ə bizim hörmətli həmkarımız Zahid Oruc rəhbərlik edir. Zahid Orucun rəhbərliyi ilə STM cəmiyyətdə dayanıqlı struktura çevirilməklə, nüfuz qazanıb. İstər dövlət qurumları, ictimai birliklər, istərsə də ictimai-siyasi fəaliyyətlə məşul olan ayrı-ayrı birliklər və şəxslər də Mərkəzin analitik məhsullarını, məlumalarına, rəy sorğularına istinadən etməklə öz fəaliyyətlərini qura bilirlər. Şəxsən mən STM-in bu 7 illik fəaliyyətini yüksək qiymətləndirirəm və həm Zahid bəyə, həm də onun rəhbərlik etdiyi kollektivə bundan sonra da uğurlu fəaliyyət arzulayıram".

“Cəmiyyətin İnkişaf Mərkəzi” İctimai Birliyinin sədri Əhməd Abbasbəyli isə STM-in fəaliyyətini belə qiymətləndirib:

"STM-in fəaliyyətə başlamsının 7-ci ildönümü münasibətilə başda dəyərli millət vəkilimiz,dostum Zahid Oruc olmaqla bütün əməkdaşlarını təbrik edirəm. Bu müddət ərzində STM həm ictimaiyyət arasında, həm də hər bir vətəndaş arasında öz peşəkarlığı, işə yanaşma, insanlarla ünsiyyət qurmaq tərzi ilə fərqlənərək, kifayət qədər nüfuz qazanıb. STM-in beynəlxalq aləmdə də tanınması ilə bağlı çox ciddi addımlar atılıb. Artıq beynəlxalq təşkilatlar STM-in məlumatları, keçirdiyi layihələr, apardıqları tədqiqatların nəticələrinə istinad edərək məlumat mübadiləsi aparılır. Hər halda məndə olan məlumata görə bu sahədə böyük işlər görülür. STM beynəlxalq aləmdə tanınmış institutlardan birinə çevrilib".

Ə.Abbasbəyli STM-in doldurduğu boşluqlardan da danışıb:

"Əvvəlki dövrlərdə sosial tədqiqat işləri aparan bir sıra qurumlar vardı. Müasir dövrün tələbi belədir ki, sosial tədqiqatlar aparılmalı, vətəndaşların bu və ya digər, istər sosial, istər iqtisadi, istərsə də siyasi sahədə rəyi öyrənilməlidir. Çox vacib və təxirəsalınmaz vəzifə kimi dövlətimizin qarşısında durmuşdu. Bundan əvvəlki sosial tədqiqatlar mərkəzləri, sorğu mərkəzləri müəyyən işlər görürdülər, lakin tam peşəkar səviyyədə işlər aparılmırdı. Tədqiqatlar, ayrı-ayrı mərkəzlərinin maraqlarına cavab verirdi. Xüsusilə də iqtisadi məsələlərdə bu özünü göstərirdi. Bu və ya digər şirkətin hansısa məsələ ilə bağlı ictimai rəyin öyrənilməsi sifarişinə uyğun olaraq, onun maraqlarına uyğun nəticə ortaya qoyurdular. Seçkilər zamanı ayrı-ayrı sosial tədqiqalar mərkəzi ayrı-ayrı siyasi partiyaların, siyasi liderlərin maraqlarına uyğun nəticələr ortaya qoyulurdu. Bu da çox ciddi narazılıqlara səbəb olurdu. Açıq qeyri-peşəkarlıq, qərəz görünürdü. STM dövlətin nəzdində, dövlətə xidmət edən struktur olaraq, çox əhəmiyyətli addım oldu. İstənilən məsələlərdə vətəndaşların rəyi öyrənilməlidir. 7 il əvvəlki boşluğu STM doldura bildi. Həm vətəndaşların rəyinin öyrənilməsi baxımından əhəmiyyətli addım idi. Vətəndaşların ölkənin bütün məsələlərində səsinin həlledici olduğunu göstərmək baxımından əhəmiyyətli mesaj idi. Dövlətin idarə edilməsində vətəndaş dövlət və ya biznes əlaqələrinin qurulması baxımından da deyə bilərik ki, STM çox möhtəşəm addım olub".

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
22
modern.az

1Mənbələr