ain.az bildirir, Modern.az saytına əsaslanaraq.
Bakı Yunus Əmrə İnstitutunun təşkilatçılığı ilə fevralın 13-də musiqisi ilə nəsilləri birləşdirən, sözləri ilə sevgi, barış və insanlıq dəyərlərini həm Türkiyəyə, həm də dünyaya çatdıran unudulmaz mədəniyyət elçisi Barış Mançonun xatirəsinə həsr olunmuş anım tədbiri keçiriləcək.
Modern.az xəbər verir ki, Beynəlxaq Muğam Mərkəzində təşkil olunacaq tədbirdə Türkiyənin ölkəmizdəki səfiri professor Birol Akgün, Azərbaycanın Əməkdar jurnalisti professor Etibar Babayev və Bakı Yunus Əmrə İnstitutunun koordinatoru Gökhan Seyhan çıxış edəcəklər.
Azərbaycanlıların da ürəkdən sevdiyi Barış Mançonun xatirəsinə həsr olunmuş konsert proqramında Azərbaycan Milli Konservatoriyasının tələbələrinin musiqi ifaları, xanəndə Habil Məmmədov və tələbələri tərəfindən Barış Manço mahnılarının ifası dinləniləcək və rəqs nömrələri ifa ediləcək.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.