AZ

“Qırmızı xətt” keçilərsə… İsraildən İrana sərt mesaj

ain.az, Milli.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

İsrailin yüksək vəzifəli hərbi dairələri son dövrlərdə ABŞ-li həmkarları ilə apardıqları təmaslarda Təl-Əvivin İranın ballistik raket proqramı ilə bağlı mümkün təhlükələrə qarşı təkbaşına hərbi addım atmağa hazır olduğunu Vaşinqtonun diqqətinə çatdırıb.

Milli.Az xəbər verir ki,bu barədə mənbələrə istinadən "The Jerusalem Post" nəşri yazıb. Bildirilib ki, İsrail tərəfi İranın ballistik raket potensialını nüvə proqramı ilə eyni səviyyədə ciddi təhdid kimi qiymətləndirir.

Məlumata görə, İsrail rəsmiləri amerikalı tərəfdaşlarına açıq şəkildə bildiriblər ki, Tehran ballistik raketlər məsələsində Təl-Əviv üçün müəyyən edilən "qırmızı xətti" keçəcəyi təqdirdə, İsrail müstəqil şəkildə hərbi zərbə endirə bilər.

Qeyd edək ki, daha əvvəl İsrailin Baş naziri Benyamin Netanyahunun ofisi onun fevralın 11-də Vaşinqtonda ABŞ Prezidenti Donald Trampla görüş keçirməyi planlaşdırdığını açıqlamışdı. 

Asya

Milli.Az 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
17
1
news.milli.az

2Mənbələr