Bakı, 9 fevral, AZƏRTAC
“Zirə” heyətini yeni futbolçu ilə gücləndirib.
Klubdan AZƏRTAC-a verilən məlumata görə, paytaxt təmsilçisi Eren Aydını transfer edib. Türkiyəli hücumçu ilə cari mövsümün sonuna qədər müqavilə imzalanıb.
Qeyd edək ki, “Qalatasaray”ın yetirməsi olan 21 yaşlı oyunçu daha əvvəl ölkəsinin “Niğde Anadolu”, “Sarıyer”, “Çorum”, “Boluspor” və Ukraynanın “Veres” klublarında çıxış edib.