AZ

Ukrayna ordusu Rusiyanın PUA anbarına zərbə endirdi

Ukrayna hərbçiləri Rusiyaya məxsus, təxminən 6 min FPV dronun saxlanıldığı anbara zərbə endiriblər.

Bizim.Media xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
 

“Rostov-na-Donu ərazisində yerləşən PUA anbarına əvvəlki zərbələrin nəticələrinə əsasən, FPV-dronlar və ehtiyat hissələri olan üç konteynerin məhv edildiyi təsdiqlənib.


İlkin məlumatlara görə, təxminən 6 min FPV-dron məhv edilib. Bundan əlavə, pilotsuz uçuş aparatları olan daha bir neçə konteyner də zədələnib”, — deyə qurumdan bildirilib.

Bizim.Media

Seçilən
80
1
bizim.media

2Mənbələr