AZ

Kim Çen In: “Müharibə cəbhəsi genişlənəcək”

Şimali Koreya lideri Kim Çen In Koreya Xalq Ordusunun yaradılmasının 78-ci ildönümü münasibətilə ölkənin Müdafiə Nazirliyinə təbrik səfəri zamanı diqqətçəkən açıqlamalar verib. 

“Cebheinfo.az” xəbər verir ki, o, qarşıdakı illərdə ordunun üzərinə düşən vəzifələrin daha da artacağını bildirib. 

Kim çıxışında Koreya Fəhlə Partiyasının siyasətinin həyata keçirilməsində göstərdikləri xidmətlərə görə hərbçilərə təşəkkür edib.

Ukraynaya qarşı müharibədə iştirak etmək üçün Rusiyaya göndərilən bölmələrə də müraciət edən Şimali Koreya lideri deyib:

“Xüsusilə, xaricdə xidmət aparan və uzaq torpaqlarda ölkəmizi təmsil edən xüsusi əməliyyat qüvvələrinin komandir və əsgərlərini təbrik edirəm”. 

Kim Çen In son beş ildə ölkənin inkişaf prosesində ordunun rolunun danılmaz olduğunu qeyd edib:

“Bu rol olmadan bugünkü nailiyyətləri təsəvvür etmək mümkün olmazdı”.O əlavə edib ki, ötən il də ordu fövqəladə uğurlar əldə edib və bunun nəticəsində həm xalqın, həm də partiyanın orduya inamı daha da güclənib.

Kim, artan etimadın hərbçiləri yeni nailiyyətlərə ruhlandırdığını vurğulayıb:

“Bu il böyük dönüş ilidir. Ordumuzun müharibə cəbhəsi daha da genişlənəcək və bu, daha intensiv səylər tələb edəcək”.

Şimali Koreya lideri onu da qeyd edib ki, qarşıdakı beş il ərzində ordunun rolu daha da möhkəmlənəcək.

Seçilən
43
1
cebheinfo.az

2Mənbələr