AZ

İsrail ABŞ-ı İranla bağlı xəbərdar etdi

İsrailin "The Jerusalem Post" qəzetinin rəsmilərə istinadən verdiyi məlumata görə, Təl-Əviv hökuməti Vaşinqtona lazım gələrsə, ABŞ-ın iştirakı olmadan belə İrana birtərəfli hücum edə biləcəyi barədə məlumat verib.

Turkustan.az xəbər verir ki, ABŞ və İran arasında 6 fevralda Omanda başlayan yeni dolayı danışıqlar fonunda İsrail mediasından təəccüblü bir iddia ortaya çıxdı. "The Jerusalem Post" qəzetinin İsrail rəsmilərinə istinadən verdiyi məlumata görə, Təl-Əviv hökuməti Vaşinqtona lazım gələrsə, ABŞ-ın iştirakı olmadan belə İrana birtərəfli hücum edə biləcəyi barədə məlumat verib. İsrailin hərbi və siyasi rəhbərliyindən bir mənbə bildirib: "Biz amerikalılara dedik ki, əgər İran ballistik raketlərlə bağlı qırmızı xəttimizi keçərsə, təkbaşına hücum edəcəyik". Mənbə vurğulayıb ki, təcili hücum üçün şərtlər hazırda araşdırılmır, lakin vəziyyət yaxından izlənilir.

Qəzet İsrail Müdafiə Nazirliyinin nümayəndələrinin bu məlumatı ötən həftə ABŞ Müdafiə Nazirliyinin rəsmilərinə çatdırdığını bildirib. "The Jerusalem Post" qəzeti vurğulayıb ki, İsrail rəsmilərinin narahatlığı ABŞ-ın İrana hücum etmək qərarına gəlsə belə, bu, məhdud əməliyyat olacaq ki, bu da hazırkı İsrail hökumətinin mövqeyinə ziddir.

Aytən Yaşar/ Turkustan.az

Seçilən
64
turkustan.az

1Mənbələr