AZ

İsveçrəli xizəkçi Qış Olimpiya Oyunlarında unikal göstəriciyə imza atıb

Bakı, 9 fevral, AZƏRTAC

İsveçrəli sərbəst xizəkçi Matilda Qremo İtaliyada keçirilən Qış Olimpiya Oyunlarında sloupstayl üzrə qızıl medal qazanıb.

AZƏRTAC xəbər verir ki, 2022-ci ildə Pekin Olimpiadasında da eyni növdə fəxri kürsünün ən yüksək pilləsinə qalxmış idmançı unikal göstəriciyə imza atıb.

O, Qış Olimpiya Oyunları tarixində istənilən sərbəst növdə titulunu qoruyan ilk qadın idmançı olub.

Qeyd edək ki, “Milan-Kortina-2026” Qış Olimpiya Oyunlarına fevralın 22-də yekun vurulacaq.

Seçilən
72
2
azertag.az

3Mənbələr