AZ

İsveçrəli idmançı Qış Olimpiya Oyunlarının tarixinə düşdü

BAKI, 9 fevral. TELEQRAF

İtaliyada keçirilən Qış Olimpiya Oyunlarında isveçrəli fristaylçı Matilda Qremo slopstayl növündə qızıl medal qazanaraq tarixə düşüb.

Teleqraf xəbər verir ki, 26 yaşlı idmançı final mərhələsində hakimlərdən 86,96 xal alaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Qremo bu uğuru ilə fristaylın istənilən növündə olimpiya titulunu qorumağı bacaran ilk qadın idmançı kimi tarix yazıb.

Xatırladaq ki, o, 2022-ci il Pekin Olimpiadasında da qızıl medal qazanmışdı.

Seçilən
61
teleqraf.com

1Mənbələr